четверг, 17 ноября 2011 г.

КВПИРСОН


Qohum funksiyalar:




SİNTAKSİS:             
 КВПИРСОН(известные_значения_у;известные_значения_х)
Nəticə:
   Cüt xətti reqressiya üçün Pirson korrelyasiya əmsalınının kvadratını hesablayır.
Arqumentlər:
  •    известные_значения_у: Y nəticəvi əlamətin qiymətlər çoxluğu;
  •    известные_ значения_ х: X faktor əlamətin qiymətlər çoxluğu.
Qeydlər:
  •    arqumentlər ədədlər və ya ədədləri ehtiva edən massivlər olmalıdır;
  •    əgər massiv və ya istinaddan ibarət olan arqument mətnləri, məntiqi qiymətləri və ya boş oyuqları ehtiva edirsə, onda bu cür qiymətlər nəzərə alınmır, lakin sıfır qiymətli oyuqlar nəzərə alınır;
  •     əgər известные_значения_у  известные_значения_x arqumentləri boşdursa və ya onlar müxtəlif sayda verilənlərdən ibarətdirlərsə, onda КВПИРСОН funksiyası özünün yazldığı xanaya #Н/Д səhvinin qiymətini yerləşdirir.
Riyazi-statistik interpretasiya:
   ПИРСОН funksiyasının təsvirinə bax.
   КВПИРСОН funksiyası cüt xətti reqressiya üçün Pirson korrelyasiya əmsalınının kvadratını hesablayır. 

Misal
Aşağıdakı cədvəldə eyni tipli kommersiya strukturlarının  maliyyə aktivliyi haqqında aşağıdakı seçmə verilənlər əsasında onların Y gəlirləri (milyon manat) və X istesal xərcləri (bir manata düşən) verilmişdir:

X
96
77
77
89
82
81
Y
221
1070
1001
606
779
789

X Y arasında korrelyasiyanı ifadə edən Pirson əmsalının kvadratını hesblamalı.



Həlli
Pirson əmsalı aşağıdakı düsturla hesablanır:





Bu düsturun hər iki tərəfini kvadrata yüksəltsək, alarıq:


Veilənləri bu düsturda yerinə yazsaq alarıq: rxy 2 = 0,9681 (96,81%).
İndi də bu məsələni КВПИРСОН funksiyasının köməyi ilə həll edək.
1.    Verilənlər cədvəlini tərtib edək:


A
B
C
D
E
F
G
1
X
96
77
77
89
82
81
2
Y
221
1070
1001
606
779
789

2.    Nəticənin yazılacağı $A$4 xanasını seçək.
3.    Мастер функций dialoq pəncərəsinin Статистические  кateqoriyasından КВПИРСОН funksiyasını seçək. Bu zaman КВПИРСОН funksiyasının dialoq pəncərəsi əmələ gələcək.
4.     Изв_знач_y    sahəsinə verilənləri daxil etmək üçün EXCEL-də verilənlərin olduğu işçi vərəqinə keçib  mausla (B1:G1) oyuqlar diapazonunu qeyd edək.
5.    Изв_знач_x  sahəsinə keçib  mausla (B2:G2) xanalar diapazonunu qeyd edək OK knopkasını basmaqla $A$4  xanasında hesablamanın nəticəsi olan   0,9681 qiymətini alırıq.